ELAN! Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə elmi sessiya keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2019-cu il Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçiriləcəkdir. Elmi sessiyada tanınmış alimlər, ölkə ziyalıları iştirak edəcəklər.

Qeyd edək ki, sessiya 2 dekabr 2019-cu il saat 11:00-da Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə, Elektron Akt zalında keçiriləcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!