2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Komissiyadan verilən məlumata görə müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək ­Komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti. 
Əlaqə telefonu: 492-83-29. 
E-mail: [email protected] in.gov.az