İbrahim İlyaslının şeirləri Tacikistanın nüfuzlu mətbu orqanında çap edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Tacikistanın nüfuzlu “Xidoyət” qəzetinin “Ədəbiyyat dostluğu” rubrikasında şair-publisist, tərcüməçi İbrahim İlyaslının şeirləri çap olunub.

Qəzet İbrahim İlyaslını  müasir Azərbaycan poeziyasında öz istiqamətilə seçilən, bir çox tərcümələrin, şeir kitablarının  müəllifi olaraq təqdim edib.  

Qeyd edək ki, qəzetdə çap edilən şeirləri rus dilinə Nilüfər Şıxlı, Nadejda Payina və Aleksandra Şeverdyayeva çevirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!