Nəsiminin əsərləri italyan dilində nəşr olunub

 

Dekabrın əvvəlində “Nəsimi ili” çərçivəsində İtaliyada dahi Azərbaycan şairi və filosofunun qəzəllərindən ibarət italyan dilində nəşr olunmuş kitabın təqdimatı keçiriləcək.

 İtaliyanın “Tetti” nəşriyyat evinin çap etdiyi kitab ölkənin bir neçə şəhərində fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən Romanın Sapienza Universitetində təqdim olunacaq.

Təqdimatlarda Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında Nəsiminin əsərləri səsləndiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!