Tanınmış Meksika yazıçısı David Toskana Azərbaycana gəlib

 

Edebiyyatqazeti.az xəbər verir ki, noyabrın 25-də tanınmış Meksika yazıçısı David Toskana və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Tərcümə Mərkəzi olublar.

Görüş zamanı yazıçının yaradıcılığı, son illərdə qələmə aldığı “Sonuncu oxucu” əsəri ətrafında fikir mübadiləsi aparılıb, bir çox dünya dillərinə çevrilmiş “Sonuncu oxucu” əsərinin Azərbaycanda tanıdılması məqsədilə tərcüməsi və nəşri, eləcə də Meksika–Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində perspektiv layihə müzakirə edilib.

Qeyd edək ki, David Toskananın Azərbaycana gəlişi haqqında oktyabrın əvvəlində Azərbaycan Yazıçılar Birliyində qonaq olarkən Meksika səfiri Rodriqo Labardini birliyin sədri Anara məlumat vermişdi. 

Məlumat üçün bildirək ki, David Toskana 1961-ci ildə Monterrey şəhərində anadan olub. “Tula stansiyası”, “Sirkin müqəddəs Məryəmi”, “Lontananza”, “Migel Pruneda acısı”, “Sonuncu oxucu”, “Parlaq ordu”, “Königsberg körpüləri”, “Şeytan aparan şəhər”, “Evanxelia” və “Oleqaroy” kimi romanların müəllifidir. Onun “Sonuncu oxucu” romanı İspaniyanın Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülüb. “Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını, “Oleqaroy” əsəri isə Elena Poniatovska adına Latın Amerikası mükafatını qazanıb. Əsərləri dünyanın on dörd dilinə tərcümə olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!