Ceyn Ostinin məşhur “Emma” romanı ekranlaşdırılıb

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Focus Features Ceyn Ostinin məşhur romanı olan “Emma”nı ekranlaşdırıb və filmin rəsmi treyleri artıq ictimaiyyətə təqdim olunub.

Roman doğru həyat yoldaşına rast gəlmək və ömrünü xoşbəxt sonluqla bitirmək haqqındadır.

Baş rolda gənc amerika aktrisası Anya Teylor-Con Emma obrazını ifa edəcək.

Qeyd edək ki, film 2020-ci ilin fevralında ekranlara çıxacaq.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!