Əjdər Olun "Lo" romanı nəşr olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Əjdər Olun "Lo" romanı nəfis tərtibatla çapdan çıxıb. Romanda təsvir edilən hadisələr uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, evlərimizin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi"nə qaynayıb-qarışır. "Lo" hər kəsin romanıdır.