Adil Mirseyidin "Son şeir, son vəsiyyət" adlı yeni kitabı təqdim ediləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, tanınmış şair-rəssam Adil Mirseyidin "Son şeir, son vəsiyyət" adlı yeni kitabı çap olunub.

İşıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda 29 noyabr saat 14:00-da oxuculara təqdim ediləcək.

Təqdimatda Adil Mirseyidin qələm dostları iştirak edəcək.

Qeyd edək ki, kitabda şairin ömrünün son illərində qələmə aldığı, heç yerdə çap edilməyən şeirləri toplanıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!