Gənc yazar Samir İmanovun kitabı təqdim ediləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, noyabrın 24-ü, saat 12:00-da "AzərKitab" kitab evində gənc yazar Samir İmanovun "Zəif əzələ, güclü iradə" adlı kitabının təqdimat və imza günü keçiriləcək.

Tədbirdə tanınmış ictimai xadimlər, ədəbiyyat adamları, media nümayəndələri iştirak edəcək.

"Zəif əzələ, güclü iradə" müəllifin sayca dördüncü kitabıdır. 

Bütün ədəbiyyatsevərlər dəvətlidilər.

Ünvan: General Akim Abbasov küç. 78 (Lider tv-nin yanı. Yasamal parkı ilə üzbəüz)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!