Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu gün - noyabrın 18-də Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Milli Kitabxanada reallaşacaq konfrans çərçivəsində iştirakçılar əvvəlcə Cəlil Məmmədquluzadənin Fəxri xiyabandakı məzarını ziyarət edəcək, ədibin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonrakı açılış mərasimində iştirak edəcəklər. Eyni zamanda, Milli Kitabxanada “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.

Tədbirlərdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistan respublikalarından dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, müvafiq ölkələrin səfirləri, eyni zamanda, Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edəcək.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!