Şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, İmişlidə və Cəlilabadda şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Ziyalılarımızdan öyrənək" layihəsi çərçivəsində Əməkdar Mədəniyyət işçisi, şair – publisist  Qəşəm Nəcəfzadənin  İmişli və Cəlilabad  rayonlarında oxucularla görüşü keçirilib.

İmişli  rayonu Gənclər evində keçirilən görüşü  Mənəvi Dəyərlərin Təbliği  Fondunun icraçı direktoru  Mehman İsmayılov açaraq  şairin həyat və yaradıcılığı haqqında görüş iştirkçılarına  ətraflı məlumat verib. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, müavin Vahid Tağıyev və digərləri şair haqqında ürək sözlərini söyləyiblər. Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə isə Cəililabad Rayon İcra Hakimiyəti Hümanitar Şöbəsinin müdiri  Elnara  Həsənova şairin   həyat və   yaradıcılığı haqqında  danışıb, rayonun ağsaqqalları, ziyalıları, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filalının və Tibb Kollecinin tələbələri şairə xeyli suallar ünvanlayıblar.

Hər iki görüşdə Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb,  yeni şeirlərini oxuyaraq kitablarını oxuculara  hədiyyə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!