“Lit.Qazeta” Məmməd İsmayılın yubileyinə geniş yer ayırıb

 

Noyabr ayının birində həm “Ədəbiyyat qəzeti” nin səhifələrində, həm də digər mətbuat orqanlarında və saytlarda şair Məmməd İsmayılın 80 illik yubileyi geniş şəkildə qeyd olundu.
Yalnız ölkə mətbuatında deyil, şairin yubileyi Türkiyədə, Rusiyada, Kiprdə eləcə də bir sıra Avropa ölkə mətbuatında da geniş əks-səda doğurdu. Aradan xeyli vaxt keçməsinə baxmayaraq şairin yubileyi haqqında geniş təbrik yazıları hələ də dərc olunmaqdadır. Dünyanın nüfuzlu ədəbiyyat qəzetlərindən olan “Lit.qazeta” bugünkü buraxılışında M.İsmayılın yubileyinə geniş yer ayırıb. Qəzetin saytında M.İsmayılın dostu M.Sinelnikovun “Məktub əvəzi” adlı geniş məqaləsi və onun tərcüməsində şairin “İki nəfər”, “Sevgi”,”Səni”,” Sən gələcəkdin”,”Bulud” və “Biz” şeirləri dərc olunub.

Link burada:

https://lgz.ru/neformat/vmesto-pisma/?fbclid=IwAR2Lj0w2lwHBfkl-QOTcS-oy9RRaZABTxKdGtvwxFPLiOn3JBXCeESEp9ss


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!