Teleradio Akademiyasında tanınmış yazıçı, şair və tərcüməçi Sayman Aruzla görüş keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, noyabrın 5-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəki Teleradio Akademiyasında tanınmış yazıçı, şair və tərcüməçi Sayman Aruzla görüş keçirilib.

Tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində gerçəkləşib. Məqsəd – Akademiyanın dinləyicilərini böyük Nəsimi dünyasına aparmaq, Nəsimi təfəkkürünün dünya ictimaiyyətinə bəxş etdiyi mənəvi dəyərlərə diqqəti cəlb etmək olub.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz görkəmli söz Ustadının yaradıcılığına, onun fəlsəfi və irfani baxışlarına   ekskurs edərək, Nəsiminin öz əsərləri ilə bütün dünyaya bəşəri dəyərlər təlqin etdiyini vurğulayıb. 

Dinləyicilərin böyük marağına səbəb olan tədbir sualların cavablandırılması və xatirə şəklinin çəkilməsilə yekunlaşıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!