Dikkensin məşhur povesti ekranlaşdırıldı

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər veir ki, BBC telekanalında ingilis klassiki Çarlz Dikkensin “Yeni il nəğməsi” («A Christmas Carol») adlı povestinin motivləri əsasında mini-serial çəkilib.

Bu əsər hələ yazıldığı zamanlarda ölkəsi və onun hüdudlarından kənarda Yeni il mövzulu əsər olaraq populyarlıq qazanmışdı.

Əsərdə qaraqabaq, heç kimi sevməyən Ebenizer Skruc adlı qocadan söhbət açılır. O, Yeni il ruhlarının, möcüzəsinin yardımıyla həyatının xoşbəxtliyini tapa bilir.

Əsəri Stiven Nayt ekranlaşdırıb. Əsas rollarda Qay Pris, Stiven Qrem, Endi Serkis, Co Olvin, Şarlotta Rayli, Vinette Robinson, Ceyson Fleminq oynayacaq.

Qeyd edək ki, serialın ilk tizeri artıq telekanalda yayımlanıb. Serial növbəti ay ictimaiyyətə təqdim olunacaq.  

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!