Fransalı yazıçı Qonkur (“Goncourt 2019”) mükafatına layiq görülüb

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, ədəbiyyat üzrə keçirilən Fransanın ünlü Qonkur mükafatına fransız yazıçısı Jan-Pol Dübua layiq görülüb. 

Yazıçı mükafatı “Heç kim bu dünyada eyni yaşamır” (Tous les hommes n'habitent pas le monde de la même façon) adlı əsərinə görə qazanıb. Bu, onun sayca 16-cı əsəridir.

AFR Agentliyi müəllifin kitabını "İtirilimiş xöşbəxtlik haqqında həyəcanlandırıcı və nostalji roman" kimi xarakterizə edib. 

"Həyatda hər şey ola bilər! Və bu, heyrətamisdir!" - deyə Dübua öz sevinc hissini jurnalistlərə bu şəkildə ifadə edib. Müxbirlərlə söhbət zamanı Dübua bildirib ki, qazandığı mükafat onun sonrakı yaradıcılığına təsir etməyəcək. “Söz verirəm ki, əvvəlki kimi qalacağam”, - deyə Dübua əlavə edib.

69 yaşlı yazıçının Fransada böyük oxucu auditoriyası var. Tuluz şəhərində dünyaya göz açan Jan-Pol Dübua karyerasına müxbir kimi başlamış, yazıçının bir neçə romanı ekranlaşdırılmışdır.

“Heç kim bu dünyada eyni yaşamır” əsərinin qəhrəmanı Monreal həbsxanalarının birində yatarkən ötən günlərin səhifələrini vərəqləyir.

Qeyd edək ki, Qonkur mükafatı 1903-cü ildən başlayaraq hər il təqdim olunur. Mükafatın nizamnaməsinə əsasən mükafat eyni müəllifə ömründə yalnız bir dəfə təqdim edilə bilər. İstisna olaraq mükafatı iki dəfə alan yeganə yazıçı isə Romen Qari olub. Buna səbəb isə yazıçının mükafata layiq görülmüş "Hər şey hələ qarşıdadır" romanını Emil Acar təxəllüsü ilə yazması olub.

Qonkur mükafatı ötən il "Onlardan sonrakı uşaqlar" romanına görə Nikolya Matyeyə təqdim edilmişdir.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!