MƏMMƏD İSMAYILIN İSTANBULA DÜŞƏN “İZ”İ

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə İstanbulun Akıl Fikir Yayınları nəşriyyatı həmyerlimiz Məmməd İsmayılın “İz” romanını  türk dilində çap etmişdir. Romanı Türkiyə türkçəsinə  Alpərtunqa  Altaylı və Ümit Yavaş uyğunlaşdırmışlar. Kitabda eyni zamanda Vahit Türk, Seyfəddin Altaylı, Sabir Rüstəmxanlı və Rüstəm Kamalın əsər haqda fikirlərinə də yer verilmişdir.

Eyni zamanda Güney Azərbaycanın “Ədəbi körpü” jurnalının son nömrəsi də Məmməd İsmayıla həsr edilmişdir. Jurnalda şairimizin ən ünlü şeirlərinə, həyat və yaradıcılığına aid yazılara da geniş yer ayrılmışdır.

“Gəlməyə vaxtmı tapdın, 80 yaşım”

Şairin Mütərcim  nəşriyyatı  tərəfindən yenicə çapdan çıxan şeirlər kitabı belə adlanır. Kitapda  şairin 60 illik uzun yaradıcılıq yolundan seçmə şeirlər və son illərdə qələmə aldığı əsərlər yer alır. Bunlarla birlikdə kitabda dünyanın bir çox söz adamlarının şair haqqında söylədiyi fikirlərə  də yer ayrılmışdır. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!