Daşkənddə akademik İsa Həbibbəyli haqqında özbək dilində kitab çap edilib

 

Daşkənddə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun direktoru, akademik İsa Həbibbəyli haqqında Almaz Ülvi və Yaşar Qasımın “Ustoz” (Ustad) kitabı çap edilib.

Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutun nəşri olan kitabı özbək dilinə filologiya üzrə fəlsəfə doktoru Obidjon Şofiyev çevirib.

Kitabın məsul redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Hamidulla Baltabayevdir.

Kitabda akademik İsa Həbibbəylinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, o görkəmli alim, ictimai xadim kimi təhlil edilir.

Topluda İsa Həbibbəylinin son vaxtlar qələmə aldığı bir neçə məqaləsi də yer alıb. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!