Mərziyyə Nəcəfovanın “Müasir Azərbaycan poeziyasında Qarabağ” adlı kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, filologiya elmləri doktoru, dosent Mərziyyə Allahyar qızı Nəcəfovanın “Müasir Azərbaycan poeziyasında Qarabağ” adlı kitabı işıq üzü görüb.

Monoqrafiya  Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli (protokol №6) qərarı ilə çapı tövsiyə edilmişdir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Heydər oğlu Rüstəmli, rəyçilər filologiya elmləri doktoru, professor Nizami Məmmədov və filologiya elmləri doktoru Mahirə Quliyevadır. 

Qeyd edək ki, bu kitab Mərziyyə Nəcəfovanın “Qarabağ” mövzusunda yazdığı onuncu kitabıdır.

Kitabda müstəqillik dövrü Azərbaycan poeziyasında Qarabağ  mövzusunda yazılan yüzlərcə şeir və poemalar təhlil olunmuşdur. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!