Xalq yazıçısı Elçinin “Baş” romanı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin “Baş” romanı işıq üzü görüb.

Görkəmli yazıçı, dramaturq Elçinin “Baş” romanındakı hadisələr XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Əsər tarixi roman olmaqla yanaşı, həm psixoloji, həm də bəzi məqamlarda ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir.

İlk dəfə 2015-ci ildə çap olunan bu roman artıq bir çox dillərə tərcümə olunub və böyük populyarlıq qazanıb.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!