Nobel mükafatı laureatı Olqa Takarçuk müəllif və tərcüməçilərə kömək fondu açır

 

Edebiyyatqazeti.az “The First News”a istinadən xəbər verir ki, Nobel mükafatı laureatı Olqa Takarçuk müəllif və tərcüməçilərə kömək fondu açmağı planlaşdırır.

Ötən hətfə KİV qarşısında çıxış edən yazıçı Fondun yaradılması haqqında, onun Vrotslavada yerləşəcəyindən, bu fondun ədəbiyyat üzrə təhsil proqramını gerçəkləşdirəcəyindən, hətta yazıçı və tərcüməçilərə təqaüdlərin veriləcəyindən söz açıb.

Takarçuk əlavə edib ki, Vrotslava Ədəbiyyat Evi həm də beynəlxalq platforma, diskusiya mərkəzi funksiyasını da yerinə yetirəcək. Müəllifin dediyinə görə Fond məşhur polşa yazıçısı Timofey Karpoçivin vaxtilə yaşadığı villada fəaliyyət göstərəcək.

Xatırladaq ki, 57 yaşlı şair, esseist Olqa Takarçuk ölkəsinin hüdudlarında belə polyak müəllifi kimi çox məşhurdur. O, ötən il prestijli Man Booker International Prize mükafatını “Qaçaqlar” romanına görə əldə etmişdir. Kitab həmçinin Amerika milli kitab mükafatı tərəfindən də mükafata layiq görülmüşdür. Polşanın prestijli Nika mükafatı isə müəllifə 2008-ci ildə “Qaçaqlar” romanına görə,  2015-ci ildə isə “İokovanın kitabı”na görə verilmişdir.

Ümumiyyətlə, Takarçuk Nobel mükafatına layiq görülmüş on beşinci qadındır. O, öz “ixtiraçı təxəyyülü” ilə isveçrə akademiklərini heyran etmişdir.

Ondan öncə Polşa yazıçılarından 1905-ci ildə Henrik Senkeviçə, 1924-cü ildə Vladislav Reymonta, həmçinin 1980-cı ildə şair, tərcüməçi Çeslav Miloşa Nobel mükafatı təqdim olunmuşdur.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!