İstanbulda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub

 

Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!