Milli Kitabxanada “Ərtoğrul Cavid-100” adlı kitab sərgisi açılıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, oktyabrın 22-də Milli Kitabxanada Cavidlər nəslinin görkəmli nümayəndəsi, musiqişünas, tədqiqatçı, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrul Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrul Cavid – 100” adlı kitab sərgisi açılıb.

Bir həftə davam edəcək sərgidə Ərtoğrul Cavidin əsərləri, not-musiqi əsərləri, haqqında yazılan kitablar nümayiş olunur.

Qeyd edək ki, qısa ömründə zəngin irs yaradan Ərtoğrul Cavid Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında, xalq mahnılarının toplanıb nota salınmasında misilsiz xidmətlər göstərib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!