Xalq yazıçısı Çingiz Abdullayev oxucularla görüşüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar oxucuları ilə görüşü keçirilib.

Baş İdarədən bildirilib ki, görüşdə Ç.Abdullayev tədbir iştirakçıları ilə səmimi ünsiyyət quraraq onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında məlumat verib. Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Səmimi ab-havada keçən görüşdə tanınmış yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Sonda Xalq yazıçısı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib, kitablarını imzalayıb və xatirə şəkilləri çəkilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!