Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusu təqdim ediləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusu işıq üzü görüb.

Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində nəşr olunub.

“Qanadlandıq uçmağa” 30 oktyabr saat 14-00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdim olunacaq.

Bütün ədəbiyyatsevərlər dəvətlidir.  

Qeyd edək ki, “aybKitab”layihəsinin təsisçisi AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rzadır. Layihə çərçivəsində  Rüstəm Kamalın “Uzaq kölgələrin səsi” adlı esselər kitabı, Rəşad Məcidin “Səbəbi sənsən”, Oqtay Rzanın "Rübai karvanı - dördlük çələngi", Şahin Musaoğlunun “Güllədən biçilən köynək” adlı yeni şeirlər kitabı da nəşr olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!