Orxan Arasın yeni kitabı Almaniyada işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Almaniyada yaşayan soydaşımız, yazar Orxan Arasın yeni “Mavi Gözlərin Aşkı” kitabı Almaniyada həm alman, həm də türk dilində işıq üzü görüb. Kitabda 1826/27-ci illərdə ehtiyacdan və müharibədən qaçan minlərcə alman vətəndaşının Gürcüstan və Azərbaycana pənah gətirmələri, buranı özlərinə vətən etmələri, yazarın görüşdüyü son Almanların ona nəşq etdikləri həyat hekayələri, diktator rejiminin hansı dəhşətlərə yol açma acısı Orxan Aras qələmi vasitəsilə mükəmməl bir dildə öz əksini tapmışdır.

“Mavi Gözlərin Aşkı” Krım Türklərinin xatirəsinə ithaf olunub.

Kitabda arxa divarında belə yazılıb: “Almaniyaya salam söylə,” dedi. Dolan gözlərini əllərinin arxası ilə sildi və davam etdi: “Bir de...” Cümləsini tamamlamadı və ya tamamlamaq istəmədi. Ağ Jiqulisinə minərək sürətlə buradan uzaqlaşdı. Nə demək istəmişdi? Almaniya üçün içində bərkitdiyi, böyütdüyü digər sözü nə idi? Bunu heç vaxt bilə bilməyəcəyik. Bircə biləcəyimiz, əgər yaşayırsa, o olacaq ki,  Cohannas oğlu Samin hələ də Qafqaz dağlarında Şvab ləhcəsiylə mahnı oxumaqdadır. Cümləsini bitirə bilməyən göz yaşlarını silərək avtomobilinə əyləşib cəld buralardan uzaqlaşan Cohannas oğlu Saminin hekayəsi əslində Qafqazdan sürülən və Sibir buzlaqlarında yox olan 23 min alman əsilli insanların hekayəsidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!