Nobel mükafatının laureatları məlum oldu

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Stokholmda ədəbiyyat üzrə Nobel mükafatına Olqa Takarçuk və avstriyalı Peter Xandke layiq görülüb.

2018-ci ilin təltif olunmamış Ədəbiyyat nominasiyası üzrə 57 yaşlı Buker mükafatı laureatı Olqa Takarçuk “Ensiklopedik şövqlə yaradılan əsərlərdə, müəllifin  qadağan olunmuş sərhədləri insanın həyat tərzi olaraq ixtiraçılıqla yanaşması təsvirinə görə” (for a narrative imagination that with encyclopedic passion represents the crossing of boundaries as a form of life), 76 yaşlı Peter Xandkeyə isə "Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə" Nobel mükafatına layiq görülüb. 
Qeyd edək ki, Polşa yazıçısı və şairi Olqa Tokarçuk 1962-ci ildə anadan olub. 2018-ci ildə Buker mükafatına layiq görülüb. Varşavada psixologiya fakültəsini bitirib. Onun ilk romanı olan “İnsanların kitaba yolu” 1993-cü işıq üzü görmüş və qısa zaman kəsiyində müəllifə uğur qazandırmışdır. “Qaçaqlar” romanı isə Takarçuka şöhrət gətirən roman olmuşdur.
Avstriya dramaturqu və yazıçısı Piter Handke 1942-ci ildə anadan olub. Məşhur rejissor Vim Venderslə əməkdaşlıq edib, birgə tamaşalar hazırlayıblar. “Çin işgəncəsi” hekayəsi, “Təkrarlanma” roman-epopeyası və şeirlər kitabı 80-ci illərdə çap olunub. O, Vim Vendersinin “Berlin üzərindəki səma” filminin ssenari müəllifidir. 
Xatırladaq ki, ötən il Nobel Komitəsində yaşanan qalmaqala görə bir neçə jüri üzvü istefa vermiş, nəticədə Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınmışdır.

Ümumiyyətlə, Nobelə təqdim olunmuş əsərlər arasında bukmekerlərin fovaritləri də var idi. Bunlar kanada şairi Enn Karson, kanada yazıçısı Marqaret Etvud, Qvadelupa vətəndaşı, əslən fransız olan Mariz Konde (Ötən il Alternativ Nobel mükafatı alıb), çinli Dzan Syue, dünyaca məşhur yapon yazıçısı Haruki Murakami, rus yazıçısı Lyudmila Uliçkaya və Olqa Takarçuk (bu adda yanılmayıblar) var idi.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı