Qorxulu əsərlər kralının növbəti kitabı işıq üzü görəcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, «Entertainment Weekly» nəşriyyatının verdiyi məlumata görə, məşhur yazıçı Stiven Kinqin oxucuları bu yaxınlarda ictimaiyyətə təqdim edilmiş “İnstitut” kitabını bitirməmiş növbəti yeni kitabın («If It Bleeds») anonsunu eşidiblər. Mənbənin söylədiyinə görə yeni kitab “Şouşenkdən qaçış”, “Mənimlə qal” kimi populyar novellaların da çap ediləcəyi toplu olacaq.

Topluda yer alacaq  Mr. Harrigan’s Phone» («Cənab Xarriqanın telefonu”) «The Life of Chuck» («Çakın həyatı»), Rat («Sıçovul») и «If It Bleeds» («Əgər qan olsa») kimi əsərlər gələcəkdə filmə çevrilmək üçün potensialdır.

EW adlı digər mənbənin verdiyi məlumata görə Kinqin dünyanın dörd bir yanına yayılmış kitab xəbəri müəllifin növbəti triumfundan xəbər verir.

Qeyd edək ki, qorxulu əsərlər kralının kitabı 5 May 2020-ci ildə işıq üzü görəcək.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!