Kinotənqidçi Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, kinotənqidçi Sevda Sultanovanın “Elm və Təhsil” nəşriyyatında “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabı çap olunub. “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan 270 səhifəlik kitab müəllifin qəzetdəki eyni adlı layihəsi əsasında gerçəkləşib.

Kitabda müəllifin, ekranlaşdırılan məşhur əsərlərin film versiyası üzərində müqayisəli, analitik, nəzəri rakursdan təhlili yer alıb.

Kitabın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!