“Ədəbiyyat qəzeti” yayınları seriyasından növbəti kitab çap olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, gənc yazıçı Samirə Əşrəfin  “Elm və Təhsil” nəşriyyatı"nda “Dördüncü divar" kitabı çap olunub. “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan 470 səhifəlik kitab müəllifin qəzetdəki eyni adlı layihəsi əsasında gerçəkləşib. Burada Samirə Əşrəfin ədəbiyyat, kino və teatr sahəsinin tanınmış imzaları ilə söhbətləri, düşüncələri yer alır.

Kitabın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.

Qeyd edək ki, bu, müəllifin ilk kitabıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!