LiFFt Ədəbiyyat Festivalına dünyaşöhrətli qonaqlar gəlməkdədir

 

Edebiyyatqazeti.az xəbər verir ki, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı münasibətilə 52 ölkədən 150 yazar artıq Bakıya gəlməkdədir.

Festivalın prezidenti, avanqard şair Marqarita Al müsahibəsində qeyd edib ki, adətən ədəbiyyat festivalları 5-6 top yazıçının iştirakı ilə diqqət çəkdiyi halda Bakı açıq festivalına birdən-birə 33 top yazıçı qatılıb, bu da festivalın yüksək reytinqindən xəbər verir.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı Oljas Süleymenov artıq Bakıdadır. Onu hava limanında Festivalın kordinatoru, III LİFFT festivaının qalibi, yazıçı Varis Yolçuyev qarşılayıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!