Bu gün ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalına start veriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu gün – oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalına start veriləcək.
98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edən Avrasiya materikində reallaşan bu layihə analoji layihələr arasında ən irimiqyaslı və maraq doğuranlardan biri hesab olunur. Festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca Mədəniyyət Nazirliyinin “Söz” layihəsi və Bakı Kitab Mərkəzidir. Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilir.
Bakı festivalına 52 ölkədən 150 yazar qatılıb. Festivalın prezidenti, avanqard şair Marqarita Al qeyd edir ki, adətən ədəbiyyat festivalları uzaqbaşı 5-6 top yazıçının iştirakı ilə diqqət çəkdiyi halda Bakı açıq festivalına birdən-birə 33 top yazıçı qatılır, bu da festivalın çox yüksək reytinqindən xəbər verir.
Qeyd edək ki, 2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Avrasiya materikinin 3-cü “LiFFt” festivallar festivalının qalibi 27 ölkənin 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis olduğu üçün festival bu il ölkəmizdə keçirilir. Əvvəlki illərin qalibləri qazax yazıçısı Oljas Süleymenov (2016) və rus şairi Konstantin Kedrov-Çelışev (2017) olmuşlar.
Festivalda çağdaş ədəbiyyatın ən qlobal məsələləri 7 plenar iclasda müzakirə olunacaq. Eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar, kitab təqdimatları keçiriləcək. Azərbaycan üzrə spikerlər: xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Sabir Rustamxanlı, Ramiz Rövşən, Çingiz Abdullayev, Natiq Rəsulzadə, akademik Nizami Cəfərov və Ramiz Fətəliyev, koordinatorlar: yaziçı, III LİFFT festivaının galibi Varis Yolçiyev, şair, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, yaziçı, “Bakı kitab evinin” direktoru Günel Rzayeva və yaziçı, professor Əlibala Məhərrəmzadədir. Festivalda həmçinin iştirakçı və qonaq qismində 60 azərbaycanlı yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas da iştirak edəcək.
Festivalın əcnəbi spikerləri arasında bir çox dünyaşöhrətli isimlərə - yazarlara, ədəbiyyat professorlarına, funksionerlərinə rast gəlmək olar:

Fernando Rendon
(Kolumbiya)

Riçard Berenqarten
(Böyük Britaniya)

Tara Skurtu
(ABŞ)

Paolo Ruffilli
(İtaliya)

Oljas Süleymenov
(Qazaxıstan)

Harald Qroxler
(Almaniya)

Hamid Larbi
(Fransa)

Konstantin Kedrov-Çelişev
(Rusiya)

Geldman Mordehai
(İsrail)

Turqut Tanyol
(Türkiyə)

Marike Langelaar
(Hollandiya)

Toşiko Hirata
(Yaponiya)

Raquel Lanseros
(İspaniya)

Eduardo Espina
(Uruqvay)

Coukis Kristos
(Yunanıstan)

Yevgeni Popov
(Rusiya)

Erling Kitelsen
(Norveç)

Radomir Andrich
(Serbiya)

Aleksandr Navrotski
(Polşa)

Christopher Ocemva
(Keniya)

Xadaa Sendu
(Monqolustan)

Şota Iataşvili
(Gürcüstan)

Sreten Vuyoviç
(Monteneqro)

Mamta Sagar
(Hindistan)

Urmas Vadi
(Estoniya)

İdo Natenyahu
(İsrail)

Boris Yevseyev
(Rusiya)

Bronislava Volkova
(Çexiya)

Camal Edden Benhayoun
(Mərakeş)

Silviye Mari
(Belçika)

Nataliya Varenik
(Ukrayna)

Aişə Səid Əl Darmaki.
(Oman)

Kşiştov Şatravski
(Polşa)

Sesep Syamsul Hari

(İndoneziya)

Marin Kadiyev
(Bolqarıstan)

Leo Butnaru

(Rumıniya/Moldova)

Yuri Kobrin
(Litva)

Sergey Dmitrenko
(Rusiya)

Aleksandr Ratkeviç
(Belarus)