Professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı işıq üzü görüb.

Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı olan kitabda N.Şəmsizadənin türkçülük, ana dili, şəxsiyyət, müstəqillik dövrünün ədəbi prosesləri ilə bağlı maraqlı yazılarla tanış olmaq mümkündür. 

Müəllifin polemika doğuracaq, bir çox mübahisələrə səbəb olacaq düşüncələrini əks etdirən məqalələr türkçülük məfkurəsinə, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunub. “Tənqiddə meyarsızlıq sindromu” məqaləsi oxucuların marağına səbəb olacaq. Bundan başqa, böyük mütəfəkkir tənqidçi Yaşar Qarayevin nəzəri görüşlərindən bəhs edən “İdrakın üfüqləri” araşdırması da kitabda təqdim edilən dəyərli əsərlərdəndir.