Əjdər Olun kitabı Serbiyada nəşr edilib

 

Edebiyyatqazeti.az xəbər verir kik, şair, nasir Əjdər Olun “Səhra komandirinin meymunu” (Majmyn bojnoг командата) adlı hekayələr kitabı Serbiyada nəşr olunub.

Nasirin hekayələrini serb dilinə tanınmış mütərcim, ədəbiyyatşünas Nina Smiç tərcümə edib.

Nüfuzlu “CompuTech” nəşriyyatında işıq üzü görən kitabda müəllifin 10 hekayəsi (‘Qəzənfər müəllinin Şuşaya yürüyüşü’, ‘Böyürsoy’, ‘Qrafoman’, ‘Ölümlə zarafat’, ‘Usta Yusifin kamançası’, ‘Səhra komandirinin meymunu’  və. s) yer alıb.

Qeyd edək ki, sentyabrın 23-də Belrqad şəhərində Serbiya Yazarlar Assosasiyasında kitabın təqdimat mərasimi keçiriləcək.