Sumqayıtda I Kitab Yarmarkası keçirilib - FOTOLAR

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Sumqayıt şəhəri İcra Hakimiyyəti, Mədəniyyət İdarəsi, Sumqayıt Yazıçılar Birliyi və Əli Kərim adına “Poeziya Evi”nin təşkilati dəstəyilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I Kitab Yarmarkası keçirilib.

Böyük kitab bayramında şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, yazıçılar, şair və sənət adamları iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Zakir Fərəcovun da qatıldığı Kitab Yarmarkasında böyük izdiham müşahidə olunub. Oxucular son illər Respublikamızda çap olunan yeni dərgi, qəzet, kitablarla  tanış olub, müəlliflərin öz imzası ilə kitab əldə ediblər.

Qeyd edək ki, Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar - ümumilikdə 30 mindən çox kitab yarmarkada  təqdim edib.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib, ədəbi-bədii kompozisiya təqdim olunub.