Nargisin “Əcəmi” povesti işıq üzü gördü


Edebiyyatqazeti.az xəbər verir ki, Nargisin “Əcəmi” povesti miniatur kitab şəklində Bakıda “Xan” nəşriyyatı tərəfindən nəşr olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Naşır Müşfiq Xandır.

Kitabda dahi memar Əcəmi Naxçıvaninin həyatından (yazarın öz təxəyyülü əsasında), sevgi yolundan və memarlıq fəaliyyətindən bəhs olunur.

52 səhifədən ibarət olan miniatur kitab V.A.Motsartın eşqə dair məşhur kəlamları ilə başlayır. Kitabda sevginin və qadın ucalığının rəmzi olan Möminə xatun məqbərəsinin tikilmə tarixindən, məqbərənin maddi-mənəvi dəyərindən bəhs olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!