Sumqayıtda I Kitab Yarmarkası keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Mədəniyyət İdarəsi, Sumqayıt Yazıçılar Birliyi və Əli Kərim adına “Poeziya Evi”nin təşkilati dəstəyilə 16 sentyabr tarixində Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş I Kitab Yarmarkası keçiriləcək.

Yarmarkada Respublika nəşriyyatlarının, tanınmış yazıçıların iştirakı gözlənilir.

Qeyd edək ki, yarmarka 13:00-da Sumqayıt "Kimyaçı Mədəniyyət Evi"nin qarşısında keçiriləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!