Şair Abbas Abdulla 79 yaşında vəfat etdi

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair Abbas Abdulla sentyabrın 4-də axşam saatlarında yaşadığı mənzildə (İzzət Nəbiyev 2B, mənzil 25) dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən əziyyət çəkirdi.

Şair Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!