Yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq" adlı monopyesi Almaniyada dərc olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq" adlı monopyesi Almaniyada dərc olunub.

Ötən il Almaniyanın Höte İnstitutu tərəfindən Postdam şəhərində keçirilən Next Stage Europe 2018 Gənc Dramaturqların Festivalında Ü.Heydərova Azərbaycanı təmsil edib.

Bu il Höte İnstitutu həmin layihənin davamı olaraq festivalda iştirak edən dramaturqların əsərlərindən ibarət alman dilində almanax dərc etdirib. Ü.Heydərovanın “Uşaqlıq” monopyesi  həmin almanaxda yer alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!