Professor Niyazi Mehdinin “Altay və Umay” romanı işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, Professor Niyazi Mehdinin “Altay və Umay” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitabın annotasiyasında deyilir, «Altay və Umay. Heç də bayağı olmayan melodram» 68 yaşlı professor Niyazi Mehdinin birinci və özünün dediyinə görə bəlkə də axırıncı romanıdır. O bu melodramı qəsdən çağdaş «şirin nağıl» janrında yazıb. Müəllif əsəri ilə çox istəyərdi indiki gəncliyə hansı idellarla, hansı dəyərlərlə yaşamaq, necə və nədən söhbət etmək üzrə örnəklər göstərsin. Romanda ədəbsizliklə oynayan gənclərin, ateist və dini düşüncəli, millətçi və kosmopolit oğlan və qızların aralarındakı gərginlik göstərilib.

Kitab artıq satışdadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!