Azərbaycan Dillər Universiteti “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransına hazırlaşır

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri  İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi və intibah ideyaları” mövzusunda oktyabr ayının 11-də  keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir. 

Konfrans çərçivəsində  “Nəsimi və müasirləri”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində” bölmələri üzrə məruzələr dinləniləcək.

Təşkilat Komitəsinə təqdim edilmiş məqalələr orijinal olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir. Qeyd edək ki, məqalələr [email protected] elektron ünvanına göndərilməlidir. Məqalələr aşağıdakı qaydalara əsasən tərtib olunmalıdır:

- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);

- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;

- məruzənin adı – 14 pt, tünd rəng, ortadan;

- məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;

- açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;

- məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;

- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;

- sətirlərarası məsafə (interval) –1,5 sm;

- ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.