“Yevgeni Onegin” Bakıda təqdim ediləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, sentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç axşam ardıcıl nümayiş ediləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!