Türkiyə dərgisində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında məqalə çap edildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyədə nəşr olunan “Hece Taşları” dərgisinin 54-cü sayında Azərbaycan şairi, mütəfəkkir və filosofu İmadəddin Nəsiminin yaradıcılığı haqqında məqalə dərc olunub.

“Şair Seyyid İmadeddin Nesiminin Poetik Arayışları” adlı məqalənin müəllifi Qırğızıstanın Oş Universitetinin məzunu Qarlıqaç Jumakadırovadır.

Məqalədə şairin yaradıcılığı, onun araşdırılması, bu ilin Azərbaycanda "Nəsimi İli" elan edilməsiylə bağlı fikirlər yer alıb. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!