Əli Rza Xələflinin “Ruhun daşqını” adlı yeni kitabı işıq üzü gördü

 

Edebiyyatqazeti.az  xəbər verir ki, şair-publisist Əli Rza Xələflinin yeni – “Ruhun daşqını” adlı kitabı “Vətən” nəşriyyatında işıq üzü görüb. Kitabın rəyçisi Filologiya elmlər doktoru Elçin Mehrəliyev, redaktor və ön söz müəllifi Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirdir.

Kitabda Əməkdar jurnalist Avdı Qoşqarın poetik yaradıcılığından bəhs edən ədəbi qeydlər, publisist düşüncələr, məqalələr toplanıb. Kitaba toplanan məqalələr ayrı-ayrı vaxtlarda yazılsa da, Avdı Qoşqarın poetik yaradıcıllığı haqqında dolğun təsəvvür yaradır.

 Qeyd edək ki, “Ruhun daşqını” yaxın günlərdə geniş ictimaiyyətə təqdim ediləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!