Qreqori Devidin dünyaca məşhur bestselleri ekranlaşdırılacaq

 

Edebiyyatqazeti.az xəbər verir ki, «Hollywood Reporter»in verdiyi məlumata görə Avstraliya yazıçısı Qreqori Devidin məşhur bestselleri ekranlaşdırılma ərəfəsindədir. Mənbənin məlumatına görə dünyaya səs salan roman tezliklə teleseriala çevriləcək. Çəkilişə oktyabr ayında Avstraliya və Hindistanda  start veriləcək.

Əslində romanın ekran versiyasına adaptasiya marağı hələ 2004-cü ildən başlamışdı. Kitab işıq üzü gördükdən sonra Rassel Krou baş rolu ifa etmək üçün romanla maraqlandığını dilə gətirir. «Warner Bros» isə süjetə hüquq əldə etmək üçün 2 milyon xərcləmək istəyində olduğunu bildirərək Conni Deppi ulduza çevrmək istəyir.

Hətta romanın ekranlaşdırma  işində Piter Veyr başçı olaraq işə təhkim olunmuş, 2006-cı ildə o, proyekti tərk etmişdi. Səbəb isə «Warners»in interpretasiyası ilə studiya və prodüsürlərin interpredasiyalarının bir-birindən kəskin fərqlənməsi idi.

«Sydney Morning Herald»in verdiyi məlumata görə 2013-cü ildə Coal Edqertonun rejissor olaraq işi ələ alması filmin ekranlaşdırılmasında təkan olmuşdu. İndi isə o, çəkiləcək filmdə baş rol ifaçısı olmaq arzusundadır.

“Şantaram” müəllifin yarıavtobioqrafik romanıdır. Roman Almaniyadan ekstradisiya olunmuş, məhbusluq həyatı yaşamış keçmiş bank oğrusunun, narkomanın həyatından bəhs edir. Almaniyada qaçaq həyatı yaşayan baş obraz nəhayət Hindistanda rahatlıq taparaq öz məhəbbətinə rast gəlir. Əfqanıstanda narkoasılılıqdan ölüm həddinə qədər gələn qəhrəman nəhayət güc toplayaraq yeni həyata başlaya bilir, hətta yeni tibbi klinika açmağa da müvəffəq olur.  

Roman bütün dünyada populyarlaşmış, 39 dilə tərcümə edilmişdir.

Qeyd edək ki, “Şantaram” 6 milyon ekzemplyarda çap edilib.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!