“Taxt və Tabut” romanı çapdan çıxdı

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Nurəddin  Ədiloğlunun “Taxt  və  Tabut” adlı tarixi  romanı “OL” nəşriyyatında işıq üzü görüb.

Romana türkologiya, folklorşünaslıq, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Füzüli Bayat ön söz yazmışdır. Alimin  qeyd  etdiyi kimi,  Azərbaycanda Əlisa  Nicatın “Qızılbaşlar”, Fərman  Kərimzadənin “Xudəfərin  körpüsü”, Əzizə  Cəfərzadənin  “Bakı 1501” tarixi  romanlardan  sonra  Şah İsmayıl  haqqında yeni bir roman yazmaq təbii ki, çətindir.

 “Taxt  və  tabut”  romanı da Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr  edilmişdir.

Tarixə sadiq qalmaq, dəyişik dinə, məzhəbə, irqə mənsub olan oxuyucuları  incitməmək, əsərin bədiiliyini  qoruya bilmək və s. bunlardan əsas olanlarıdır. “Taxt və tabut” romanında müəllif tarixi həqiqətlərə  sadiq qalmışdır.