Fransada Marsel Prustun əlyazmaları tapılıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, 9 oktyabr tarixində Fallois nəşriyyatında Marsel Prustun bu vaxta qədər çap edilməyən novella və hekayələri “Müəmmalı müxbir” adı altında çap ediləcək. Bu haqda Nəşriyyatın saytında xəbər verilib.

Yazıçının yaradıcılığının ilkin dönəmlərinə aid olan bu əsərlərdə hadisələrin çoxu Prustun ənənəvi üslubuna uyğun formadadır, bəziləri isə yaradıcılığının son illərində müşahidə edilən çətin formatıyla seçilir.

Mənbənin verdiyi məlumata görə Prust bu əsərləri özünün 1896-cı ildə çap olunacaq “Kef və günlər” adlı kitabına salmaq niyyətində olub. Çox güman ki, ya nəşriyyatın nizamnaməsinə və ya hansısa məlum olmayan səbəblərdən doqquz əsər kitabdan çıxarılıb.

Qeyd edək ki, əlyazmalar nəşriyyatın təsisçisi Bernar de Fallua tərəfindən aşkarlanıb.

Xəbəri rus dilindən Günel Eyvazlı tərcümə etdi .

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!