Afaq Şıxlının Türkiyədə yeni şeirlər kitabı işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki,  Moskvada yaşayan həmyerlimiz Afaq Şıxlının İstanbulda “Qürbət rüzgarları” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Dəyərli türk ziyalısı Fatma Ersem Yarğıcının rəhbərliyi ilə, “Akıl-fikir yayınları”nın nəşr etdiyi bu kitab Afaq Şıxlının sayca 11-ci, Türkiyə türkcəsində isə ikinci kitabıdır.

Kitabda şairin son illərdə qələmə aldığı vətən həsrətli, ülvi hissləri ifadə edən şeirləri toplanmışdır.

Ön söz müəllifi ünli şair Məmməd İsmayıldır.

Qeyd edək ki, Afaq Şıxlının Türkiyədə ilk kitabı 2013-cü ildə çap edilmiş, şeirlərini isə Türkiyə rükcəsinə türk yazarı İmdat Avşar uyğunlaşdırmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!