Nigar Həsənzadənin yeni şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Nigar Həsənzadənin “Запястья” – “Bilək” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Mədəniyyət Nazirliyi tərəfindən “Şərq-Qərb” Nəşriyyatında işıq üzü görən “Запястья” müəllifin sayca 5-ci kitabıdır.

Kitabda Nigər Həsənzadənin qələmə aldığı seçmə şeirləri toplanıb.

Qeyd edək ki, şeirlər kitabını Libraff mağazalar şəbəkəsindən və Bakı Kitab Mərkəzindən (Baku Book Center) əldə etmək mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!