Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətin - “Uluqbəy küçəsi” adlı yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi” adlı yeni kitabı işıq üzü görüb.

Kitabın tərcüməçisi Akif Əhmədgildir.

Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Qazax ədəbiyyatının görkəmli nümayəndəsi, Qazaxıstan Yazıçılar Birliyinin sədri, Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi” adlı yeni kitabı işıq üzü görüb. Müəllif dəfələrlə Bakıda olmuş, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərini Azərbaycan türkcəsindən qazax dilinə uyğunlaşdırıb. Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin katibi Xəyal Rzadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!