Maral Poladovanın “Ziyalı sözü” kitabı işıq üzü görüb

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututunun İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az –a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəsisi Maral Poladovanın “Ziyalı sözü” kitabı çap olunub. Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq”, eləcə də “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnallarının məsul redaktoru olan Maral Poladovanın bu kitabında 2004-2018-ci illərdə çap olunmuş məqalə və müsahibələri toplanmışdır.

Kitabın ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral Poladovanın 334 səhifədən ibarət olan bu kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

 Kitab “Yazdıqlarım”, “Həmsöhbətlərimin dedikləri”, “Elm və həyat”ın tarixindən səhifələr”, “Yazılanlar”, “Mükafatlar və Fotoyaddaş” bölmələrindən ibarətdir. Ümumilikdə kitabda müəllifin “Ədəbiyyat qəzeti”, “Elm və həyat” jurnalı, “525-ci qəzet”,  “Ədalət”, “Respublika” və “Elm” qəzetlərində dərc olunmuş yazıları yer alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!